Xəbərlər

ADRA-nın əməkdaşları üçün Strateji sessiya keçirilib

21 Yanvar 2025, 10:30

 

    Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə Strateji sessiya keçirilib. Tədbirin əsas məqsədi Agentliyin fəaliyyət istiqamətlərinin müzakirəsi, ölkə üzrə açıq məkandakı reklamların mövcud vəziyyətinin təhlili və gələcək hədəflərin müəyyənləşdirilməsi olub. Sessiyada ADRA-nın struktur bölmələrinin nümayəndələri müasir reklam bazarındakı tendensiyalar, normativ hüquqi bazanın təkmilləşdirilməsi, reklamların şəhərlərin estetik görünüşünə təsiri, şəffaflığın daha da artırılması və yeni texnologiyaların tətbiqi mövzularını müzakirə ediblər. Tədbirdə açıq məkandakı reklamlara nəzarətin gücləndirilməsi, yeni nəsil reklam qurğularının təşviqi, ekoloji tələblərə uyğun reklam layihələrinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, yerli və beynəlxalq reklam layihələrinin dəstəklənməsi və innovativ texnologiyaların geniş tətbiqi gələcək prioritetlərin əsasını təşkil edir. Müasir trendləri və beynəlxalq təcrübəni ölkəmizin reklam sahəsinə inteqrasiya etmək, sahibkar məmnunluğunun artırılmasına nail olmaq əsas məqsədimizdir. Sessiyanın nəticələrinə əsasən konkret fəaliyyət planı hazırlanacaq və onun icrasına başlanacaq.

 

 

Digər xəbərlər