Xəbərlər

Reklam yayımı zonalarının xəritəsi yeni redaksiyada təsdiq edilib

6 Yanvar 2025, 12:00

 

    Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərin intensiv inkişafı, həmin şəhərlərdə yeni yolların və yaşayış sahələrinin salınması, infrastruktur dəyişiklikləri, əhalinin və biznes subyektlərinin sayının artması ilə əlaqədar, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin 11 dekabr 2024-cü il tarixli 11-3/25-İHQ/24 nömrəli qərarı ilə “Bakı şəhəri üzrə reklam yayımı zonalarının və reklamın effektivlik dərəcəsinin kateqoriyalarının xəritəsi”, “Gəncə şəhəri üzrə reklam yayımı zonalarının xəritəsi”, “Sumqayıt şəhəri üzrə reklam yayımı zonalarının xəritəsi” və “Xırdalan şəhəri üzrə reklam yayımı zonalarının xəritəsi” yeni redaksiyada təsdiq edilmişdir.

    Eyni zamanda, yeni redaksiyada təsdiqlənmiş müvafiq xəritələr Agentliyin rəsmi internet səhifəsində (adra.gov.az) yerləşdirilmişdir. 

    https://is.adra.gov.az/calculator keçidinə daxil olaraq, “koordinata görə” bölməsini seçib, “zona xəritəsi”ndə obyektin yerini qeyd etməklə və digər zəruri xanaları doldurmaqla rüsum, eləcə də yayım haqqını hesablaya bilərsiniz.     

    Qərar və Qaydaların keçidlərini təqdim edirik:

https://adra.gov.az/files/shares/qerar%2011-3.25-ihq.24.pdf

https://adra.gov.az/files/shares/Qaydalar.pdf

  

 

Digər xəbərlər